“Qarabağ”da icarədə olan: “Premyer Liqanın səviyyəsi pis deyil”

19:20 Qarabağ 285
“Qarabağ”da icarədə olan: “Premyer Liqanın səviyyəsi pis deyil”

Sportinfo.az xəbər verir ki, “Qarabağ”ın Zaqreb “Dinamo”sundan icarəyə götürdüyü mərakeşli müdafiəçi Sami Mmae Premyer Liqanın XI turunda “Neftçi”yə qarşı keçirilən oyun (2:0) haqda sualları cavablandırıb.

- 2:0 hesablı qələbəni necə şərh edərdiniz?

- Yaxşı oyun keçirdik. Pressinq tətbiq edirdik, topu özümüzdə saxlayırdıq. Aqressiv idik. Düzdür, müəyyən səhvlərimiz oldu. Lakin yekunda qələbə qazandıq. Bu, bizim üçün yaxşı nəticə oldu.

- Demək olar ki, bu “Qarabağ” üçün bu mövsümdə ölkə çempionatında ən çətin oyun idi?

- Fərdi olaraq mənim üçün xeyr, ən çətin oyun deyildi. Əksinə, mənim üçün güclü komandalara qarşı oynamaq daha asandır. Çünki iddialı komandalar hücum edirlər, sən isə hərəkətdə olursan. Nisbətən zəif komandalarla görüşdə rəqib arxadan oynayır, biz isə işsiz qalırıq.

- Stadiondakı atmosferi necə qiymətləndirirsiniz?

- Atmosfer əla idi. Stadion azarkeşlər dolu idi. Bu cür şəraitdə oynamaq xoşdur. Çox istərdim ki, hər matçda stadionda belə ab-hava olsun.

- “Qarabağ” son illərin dəyişməz çempionu və bu mövsümün əsas favoritidir. Sizcə, hansı komanda qızıl medallar uğrunda mübarizədə komandanıza çətinlik yarada bilər?

- Çempionatda yaxşı komandalar var. İddialı kollektivlərin sayı az deyil. Hər klubun səviyyəsi var. Ona görə də bütün matçlara hazır olmalıyıq.

- Ümumilikdə Misli Premyer Liqasının səviyyəsini necə qiymətləndirirsiniz?

- Səviyyə pis deyil. Yaxşı komandalar, səviyyəli futbolçular var. “Qarabağ”a qarşı bütün komandalar yaxşı mübarizə aparırlar. Ona görə də hər matça ciddi köklənmək lazımdır.

Digər Xəbərlər
Xəbər Lenti