“Qarabağ” avrokuboklarda nə etmək istəyir?

19:25 Qarabağ 182
“Qarabağ” avrokuboklarda nə etmək istəyir?

“Qarabağ” avkrokubokların əsas mərhələsinin ilk dörd turu üzrə topladığı xal və vurduğu qollar baxımından tarixinin ən güclü mövsümlərindən birini keçirir.

Turnirin səviyyəsi və Çempionlar Liqasının statusu nəzərə alındıqda, bu, klub tarixinin ən uğurlu göstəricisidir.

Sportinfo.az xəbər verir ki, Çempionlar Liqasının qrup mərhələsində dörd turun yekununa görə Qurban Qurbanovun komandası yeddi xal toplayıb və səkkiz qol vurub.

Hər iki göstərici klubun Avropa turnirləri tarixindəki ən yaxşı nəticələr sırasındadır.

Toplanan xal sayına görə bu nəticə Avropa Liqasının 2016/2017 mövsümündəki göstəricinin təkrarıdır. Həmin vaxt “Qarabağ” da dörd turdan sonra yeddi xal toplamışdı.

Rekord isə Konfrans Liqasının 2021/2022 mövsümünə məxsusdur - ağdamlılar ilk dörd oyunda 10 xal qazanmışdılar.

Digər Xəbərlər
Xəbər Lenti