Türkiyə millisinin sabiq hücumçusu Nihat Kahveci Çempionlar Liqasının əsas mərhələsinin dördüncü turunda Bakıda keçirilən “Qarabağ" - "Çelsi" görüşü(2:2) barədə fikirlərini bildirib.
Sportinfo.az xəbər verir ki, veteran futbolçu Azərbaycan çempionunun güclü rəqibi ilə bərabərə qalması haqda bunları deyib:
“Qarabağ"ı daha bir uğur münasibətilə təbrik edirəm. Onlar xallarının sayını 7-ə çatdırdılar.
“Qarabağ” "Çelsi"yə uduzurdu, amma sonradan iki qol vurdular və hesabda irəli də çıxdılar. Sonda da matç heç-heçə başa çatdı.
Dörd turdan sonra aktivində 7 xalı olan “Qarabağ” alqışa layiqdir. Qurban Qurbanovun komandasına afərin. Bu, böyük nailiyyətdir”.

