“Qarabağ”ın imzalı forması ABŞ-Azərbaycan Ticarət Palatasında - FOTOLAR

8 Noyabr 2025 22:40 Qarabağ 493
“Qarabağ”ın imzalı forması ABŞ-Azərbaycan Ticarət Palatasında - FOTOLAR

“Qarabağ”ın imzalı forması ABŞ-Azərbaycan Ticarət Palatasında xüsusi çərçivəyə alınmış şəkildə nümayiş olunur.

Sportinfo.az xəbər verir ki, forma Palataya “Qarabağ” klubu tərəfindən göndərilib.

Palatanın icraçı direktoru Natiq Baxışovun təşəbbüsü ilə forma qurumun Vaşinqtondakı ofisində asılıb.

1995-ci ildə yaradılan ABŞ-Azərbaycan Ticarət Palatası ABŞ və Azərbaycan arasında iqtisadi əlaqələrin, investisiyaların və qarşılıqlı ticarətin inkişafını təşviq edən qeyri-kommersiya təşkilatıdır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti