Bu da “Qarabağ”lı futbolçuların “Çelsi”yə görə yazdıqları, MÜTLƏQ OXUYUN!

20:00 Qarabağ 379
Bu da “Qarabağ”lı futbolçuların “Çelsi”yə görə yazdıqları, MÜTLƏQ OXUYUN!

“Qarabağ”ın “Çelsi”yə qarşı sərgilədiyi oyun və əldə etdiyi nəticə dünya mətbuatının manşetlərini bəzəyir.

Azərbaycan çempionunun son dünya çempionu ilə 2:2 oynayacağını çox az adam təxmin edə bilərdi. Lakin bu, geçək oldu.

Matç başa çatandan sonra gecənin qəhrəmanları – “Qarabağ”ın futbolçuları sevinc hislərini sosial media platdormalarındakı izləyiciləri ilə bölüşüb.

İfrata varmayan, özlərini dağ başına qoymayan top ustaları qısa, lakin mənalı paylaşımlarla diqqət çəkib:

Marko Yankoviç: “Güc yüksək yox, sakit səslə olandır”.

Kevin Medina: “Yuxu gecəsi”.

Leandro Andrade: “Bu ailə ilə və azarkeşlərimizin qarşısında daha bir sehrli Çempionlar Liqası gecəsindən zövq almaqdan qürur duyuruq”

Abdullah Zubir: “Necə də gözəl oyun oldu. Bu komandanın bir hissəsi olmaqdan qürur duyuram”.

Mateus Silva: “ Əziz Tanrım, bu dəfə heç nə soruşmaq istəmirəm. Sadəcə, təşəkkür etmək istəyirəm”.

Pedro Bikalyo: “Azarkeşlərimizə yaxın olduğumuz sehrli bir gecə”.

Kamilo Duran: “İnananlar üçün hər şey mümkündür”.

Aleksey Kaşuk: “İtirdiklərin heç vaxt qazandıqlarından böyük deyil”.

Dani Bolt: “Bütün komandadan əla oyun. Bu ailənin, komandanın bir parçası olduğum üçün xoşbəxtəm. Öz meydanımızdan vacib xal. İrəliləyirik!”.

4 turdan sonra aktivində 7 xal olan “köhlən atlar” 36 komanda arasında 15-ci pillədə qərarlaşıb.

Təmsilçimiz növbəti görüşünü noyabrın 26-da İtaliyada “Napoli”yə qarşı keçirəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti