“Qarabağ”ın Çempionlar Liqasındakı uğurlu çıxışı Rusiyada da diqqətdən yayınmayıb.
Sportinfo.az xəbər verir ki, yerli mütəxəssislər Azərbaycan çempionunun Liqa mərhələsinin 4-cü turunda “Çelsi” ilə heç-heçə etməsini (2:2) dəyərləndiriblər.
Rusiya millisinin sabiq futbolçusu Sergey Kiriyakоv ağdamlıların hətta pley-offa vəsiqə qazanmaq şansının da yüksək olduğunu düşünür:
“Düşünülürdü ki, “Qarabağ” Çempionlar Liqasında autsayder olacaq. Amma ümumiyyətlə, Azərbaycan çempionatı güclüdür və görürük ki, onların çempionu Avropanın ən yaxşı klubları fonunda itmir.
Fikrimcə, “Qarabağ”ın pley-off şansları var. Artıq xal topladılar və bundan sonra oyunlara strategiya ilə hazırlaşmaq olar: hansı matçda heç-heçə, hansında müdafiədən oynamaq. Bu baxımdan pley-offa düşmək üçün müəyyən üstünlüklər var”.
Futbol şərhçisi Gennadi Orlov da “Qarabağ” barədə müsbət fikirlər səsləndirib:
“Qarabağ” mənə ən yaxşı vaxtlarındakı “Şerif”i xatırladır. Xatırlayırsınız, Çempionlar Liqasında nələr edirdi? “Real”ı məğlub edirdi.
Onlar üçün heç bir avtoritet yox idi. İndi də “Qarabağ” elədir – cəsarətli, özünəinamlı, meydanda heç nədən çəkinmirlər”.
4 turdan sonrs “Qarabağ”ın aktivində 7 xal var.

