İsrail səfirinin müavini: "Qarabağ"a azarkeşlik etdiyim üçün qürur duyuram" - VİDEO

7 Noyabr 2025 17:20 Qarabağ 595
İsrail səfirinin müavini: "Qarabağ"a azarkeşlik etdiyim üçün qürur duyuram" - VİDEO

İsrailin Azərbaycandakı səfirinin müavini Aviv Zel UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda "Çelsi"yə qarşı matçda "Qarabağ"a azarkeşlik etdiyini bildirib.

Sportinfo.az xəbər verir ki,diplomat bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Bu gecə Bakıda necə bir matç oldu! Möhtəşəm azarkeşlərlə birlikdə "Qarabağ" futbol klubuna azarkeşlik etdiyim üçün ("Çelsi"yə qarşı) qürur duyuram - bu, həqiqi sevinc və həqiqi fəxrdir.

Azərbaycanlı dostlarımızı meydanda və ondan kənarda həmişə dəstəkləməkdən məmnunuq", - o yazıb.

"Qarabağ" - "Çelsi" oyunu 2:2 hesablı bərabərliklə yekunlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti