Çempionlar Liqasında 4-cü turundan sonra komandaların bəzi statistik göstəriciləri açıqlanıb.
Sportinfo.az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçisi “Qarabağ” ən çox top qazanan komandalar arasında ilk 3-lükdədir.
Ağdam klubu 4 görüşdə 190 dəfə rəqiblərindən top alıb. “Qarabağ”ın futbolçuları ümumilikdə 53 ikili mübarizədə olub ki, onlardan 25-i uğurlu, 28-i uğursuz alınıb.
Sözügedən göstəricidə “Atletik” (İspaniya) birincidir. Bilbao təmsilçisi 202 dəfə topu qazanıb.
Bundan əlavə, "Qarabağ"ın hücumçusu Kamilo Duran iki məhsuldar ötürmə ilə bu göstəricidə 5-28-ci yerləri bölüşür.

