Azərbaycan klubunun rəhbərliyi verdiyi sözü tutdu - Futbolçular sərvət qazandı!

14:00 Qarabağ 297
Azərbaycan klubunun rəhbərliyi verdiyi sözü tutdu - Futbolçular sərvət qazandı!

"Qarabağ" rəhbərliyi Çempionlar Liqasının 4-cü turunda "Çelsi" ilə 2:2 hesablı heç-heçə edən komandanı mükafatlandırıb.

Əvvəlcədən futbolçulara yüksək ödəniş vəd edən Ağdam klubunun rəhbərliyi sözünü artıqlaması ilə tutub.

Qələbə halında futbolçulara 120 min manat, heç-heçə olacağıq təqdirdə 65-70 min manat civarında mükafat vəd edən yönətim sərgilənən oyundan olduqca razı qalıb.

Və verdikləri sözü tutublar.

Əsas heyətdə meydana çıxanların hər birinə 70 min manat «ənam» ayrılıb. Sonradan meydana çıxanlar bu məbləğin yarısına sahiblənəcək.

Ehtiyatda qalanlar isə göstərilən rəqəmin 25-30 faizi qədər irəli düşəcək.

Cari mövsümdə ÇL-də 2 qələbə qazanan Ağdam təmsilçisi "Benfika" zəfərinə görə oyunçularına 100 min manatın üstündə ödəmə edib. "Kopenhagen" qalibiyyəti isə onları 70 min manatdan artıq irəli salıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti