Məşhur karikaturaçı Azərbaycan klubunu çəkdi: “Qələbə ehtirası” - FOTO

7 Noyabr 2025 13:40 Qarabağ 639
Məşhur karikaturaçı Azərbaycan klubunu çəkdi: “Qələbə ehtirası” - FOTO

Məşhur iordaniyalı karikaturaçı Omar Momani növbəti əsərini “Qarabağ"a həsr edib.

Sportinfo.az xəbər verir ki, o, bunu sosial media hesabında yayımlayıb.

Karikatura Çempionlar Liqasının "Qarabağ" - "Çelsi" matçı (2:2) ilə bağlıdır.

Əsərdə Qarabağ”ın futbolçusu qəzəbli ifadə ilə mavi rəngli, “Çelsi”nin rəmzi olan şirə hücum edir və onu boğmağa çalışır.

“Qarabağ” “Çelsi”yə qarşı oyunda döyüş ruhu, güc və qələbə ehtirası ortaya qoydu! Bu heç-heçə qalibiyyətə bərabər oldu” - o əsərini bu sözlərlə paylaşıb.

Omar Momani əsasən futbol mövzulu karikaturaları ilə tanınır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
3 Mart 04:40 Azərbaycan qalib oldu