Qurban Qurbanov niyə indi tez-tez əsəbiləşir? - VİDEO

11:40 Qarabağ 246
Qurban Qurbanov niyə indi tez-tez əsəbiləşir? - VİDEO

Tanınmış futbol eksperti Emin Abbasov «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanovun son vaxtlar tez-tez əsəbiləşməsi ilə gündəmə gəlməsindən danışıb.

O, bunun səbəbini maraqlı şəkildə izah edib.

ATV kanalında yayımlanan «Futbolumuz» verlişində bu haqda söhbət açan teleşərhçi bildirib ki, sözügedən mütəxəssis dünya futbolunda müşahidə olunan tendensiyaya qoşulub.

Pep Qvardiola, Antonio Konte kimi məşhur həmkarlarının onda fərqlilik yaratdığını söyləyib.

Qeyd edib ki, «köhlən atlılar»ın çalışdırıcı hər xırda epizoda və ya səhvə görə reaksiya vermir. Ekspert Qurbanovun futbolçularının intizamsızlıq hallarına yol verməsinə emosional yanaşmasına diqqət çəkib.

Buna nümunə olaraq Elvin Cəfərquliyevin Çempionlar Liqasının əsas mərhələsinin «Atletik»lə üçüncü tur matçını nümunə gətirib.

Onun dediyinə görə, ağdamlıların sükançısı komandanı silkələmək və istədiyi oyunu sərgiləməsi naminə bəzən sərt davranış sərgiləyir.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti