“Qarabağ”ın Çempionlar Liqasında ötən gecə Bakıda "Çelsi" ilə heç-heçəsinə (2:2) məşhur türkiyəli müğənni Mahsun Kırmızıgül da reaksiya verib.
Sportinfo.az xəbər verir ki, “Xəzər Lənkəran”ın sahibi Mübariz Mənsimovun yaxın dostu sosial şəbəkədəki paylaşımında “Qarabağ”ın Çempionlar Liqasında dastan yazmağa davam etdiyini vurğulayıb:
“Kiçik büdcə ilə böyük xəyallar quranların gecəsi. Halal olsun, "Qarabağ"! Çempionlar Liqasında dastan yazmağa davam”.


