Tanınmış telejurnalist Ceyhun «Qarabağ»ın vingeri Emmanuel Addaini öküzə bənzədib.
ATV kanalında yayımlanan «Futbolumuz» verlişinin aparıcısı nigeriyalı legioner barədə maraqlı ifadələr işlədib.
O, afrikalını «qeyri-standart oyunçu» adlandırıb, fiziki cəhətdən çox güclü olduğunu qeyd edib.
Rzayev Addaini Ağdam komandasının ən güclü «silahlar»ından biri kimi xarakterizə eləyib, bildirib ki, adıçəkilən vinger ötən mövsümlə müqayisədə xeyli artırıb və vurduğu qollarla bunu isbatlayıb.
Addainin meydanda yer aldığı hər an gözlənilməz qərarlar verə bildiyini vurğulayan aparıcının fikrincə, Qurban Qurbanov onun xidmətindən düzgün yararlanmağı bacarır:
«Baş məşqçi onu sona 10-15 dəqiqə qalmış meydana buraxır. Addai xaotik futbolu ilə rəqib müdafiəçiləri çaşbaş salır».
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

