UEFA Gənclər Liqasının “Qarabağ”la “Çelsi” arasında baş tutan matçında xoşagəlməz olay yaşanıb.
Sportinfo.az İngiltərə klubunun yaydığı bəyanata əsasən xəbər verir ki, qonaqlar təmsilçimizin qapısına qol vurandan sonra azərbaycanlı azarkeşlərdən biri rəqib futbolçuları irqçi ifadələrlə təhqir edib, nəticədə oyun bir neçə dəqiqə dayanıb.
Olay qarşılaşmanın UEFA nümayəndəsinin diqqətindən yayınmayıb.
“Çelsi”nın hadisə ilə bağlı yaydığı bəyanatda deyilir:
"Azərbaycanda keçirilən UEFA Gənclər Liqası oyununda qol vurduqdan sonra bir sıra oyunçularımızın azarkeşlər arasında bir şəxs tərəfindən irqçi təhqirə məruz qaldığı hadisədən narahatıq.
İrqçilik və hər cür ayrı-seçkilik davranışı tamamilə qəbuledilməzdir və futbolda və ya cəmiyyətdə yeri yoxdur. Məsul şəxsin hərəkətlərini qətiyyətlə pisləyirik.
Oyunçularımız klubun tam dəstəyinə malikdirlər və hadisəni dərhal UEFA matç nümayəndəsi, eləcə də ev sahibi klubun qarşısında qaldırmışıq.
Bu məsələnin UEFA-nın intizam prosedurlarına uyğun olaraq tam araşdırılacağını gözləyirik.
Oyunçularımızın və işçi heyətimizin meydanda baş verən hadisəyə reaksiya verməsi, bunu hakimə tez bir zamanda bildirməsi ilə fəxr edirik və məsələni UEFA protokollarına uyğun olaraq peşəkarcasına və lazımi şəkildə həll etdiklərinə görə onları alqışlayırıq".
“Qarabağ” la “Çelsi”nin U-19 komandaları arasında baş tutan oyun İngiltərə təmsilçisinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.
HƏBİB

