Çempionlar Liqasının Liqa mərhələsində 4-cü tur çərçivəsində “Qarabağ” İngiltərə nəhəngi “Çelsi” ilə 2:2 hesablı heç-heçə edib.
Sportinfo.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçi Qurban Qurbanova matçın türkiyəli şərhçisi Ertem Şener sual ünvanlayıb.
-Necə belə soyuqqanlı olmağı bacarırsınız?
-Soyuqqanlı deyəndə ki, bəlkə də bu xarakterimlə bağlı olan bir şeydir. Belə deyək də, nə var, odur. (red.- gülür) Mənim xarakterimdə nə varsa, gördüyünüz də odur.

