"Ax Kaşuk, ax ..." - "Qarabağ"ın işıqlı gecəsindən geriyə qalanlar

19:00 Qarabağ 315
"Ax Kaşuk, ax ..." - "Qarabağ"ın işıqlı gecəsindən geriyə qalanlar

"Qarabağ"ın Çempionlar Liqasındakı şirin nağılı davam edir.

Qurban Qurbanovun komandası bu dəfə İngiltərə nəhəngi "Çelsi"ni büdrədərək (2:2) Avropaya səs saldı.

Portuqaliya və Danimarkanın ardınca İngiltərədə də bizdən hələ çox danışacaqlar.

Təbii ki, "kəhər atlar"ın tarixi heç-heçəsi yerli sosial şəbəkə platformasında böyük rezonans doğurub.

Hər kəs möcüzədən danışır, uğura bir ad qoymağa çalışır.

Futbolsevərlərin yazdığı bəzi diqqət çəkən fikirləri sizinlə bölüşürük

"Halal olsun"

"Kaşuk son zərbəni vurmalıydı. 3 xal cibimizdə olmalıydı".

"6 xala bərabər 1 xal".

"Çelsi"dən güclü oynadınız".

"Görmədiyimiz günlərə düşmüşük"

"Ax Kaşuk, ax...".

"20 milliyon bərabərdir 1 milliard dollara! Ruh, əzm, döyüşgənlik! Söz tapa bilmirəm daha!".

"Bəzi gecələr ən gözəl nağıl kimidir".

"Öldük-dirildik, amma dəydi...".

"Oyunçular konkret qladiator kimi döyüşdülər".

"Çelsi" ilə heç-heçə edən "Qarabağ" bizə nələr etməz - deyir indi digər klublar".

"Allah sizi bizə çox görməsin".

"Hörmət duruşu "Qarabağ" üçün".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti