AFFA-nın prezidenti Rövşən Nəcəf “Qarabağ”ı Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda “Çelsi” ilə 2:2 hesablı heç-heçə etməsi münasibətilə təbrik edib.
Sportinfo.az xəbər verir ki, o, bu haqda öz sosial şəbəkə hesablarında Rövşən Nəcəf bu uğurla bağlı paylaşım edib. R.Nəcəf yazıb:
“Qarabağ” klubu bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda İngiltərənin “Çelsi” klubu ilə oyunda növbəti tarixi nailiyyətə imza atdı.
“Qarabağ” komandasını və azarkeşlərimizi ürəkdən təbrik edir, yeni qələbələr arzulayıram”.

