"Mən artıq bu addımı ata bildim" - “Qarabağ”ın oyununda 14 illik tilsim qırılır

5 Noyabr 2025 18:00 Qarabağ 777
"Mən artıq bu addımı ata bildim" - “Qarabağ”ın oyununda 14 illik tilsim qırılır

“Qarabağ”ın Çempionlar Liqasının (ÇL) IV turunda “Çelsi” ilə oyununa təyinat alan Sebastian Gişamer tilsimi qırıb.

Sportinfo.az xəbər verir ki, o, 14 ildən sonra qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsinə təyinat alan ilk avstriyalı referi olub.

Gişamerə qədər sonuncu dəfə 2011-ci ildə Robert Şörggenhofer Avstriya hakimliyini ÇL-in əsas mərhələsində təmsil edib.

Gişamer Avstriya Futbol Federasiyasına (ÖFB) açıqlamasında təəssüratlarını bölüşüb:

“Çempionlar Liqası oyununa təyinat, əlbəttə ki, xüsusi andır. Hər kəs Avropanın ən yaxşıları arasında yer almağı xəyal edir. Mən artıq bu addımı ata bildim”.

Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Çelsi” oyunu saat 21:45-də başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti