“Qarabağ”ın U-19 komandası UEFA Gənclər Liqasında növbəti matçını keçirib.
Sportinfo.az xəbər verir ki, Rəşad Sadiqovun rəhbərlik etdiyi kollektiv əsas mərhələnin 4-cü turunda “Çelsi”nin U-19 komandası ilə qarşılaşıb.
“Azersun Arena”da keçirilən görüşdə Ağdam təmsilçisi 0:5 hesabı ilə məğlub olub.
“Qarabağ” UEFA Gənclər Liqasının əsas mərhələsində daha əvvəl keçirdiyi oyunlarda “Benfika” (1:7), “Kopenhagen” (0:5) və “Atletik”ə (0:3) uduzub.
Hazırda "Çelsi" 12 xalla 1-ci, xalı olmayan "Qarabağ" isə 36-cı pillədə qərarlaşır.

