"Qarabağ" bu gün Çempionlar Liqasının əsas mərhələsinin IV turunda "Çelsi" ilə üz-üzə gələcək.
QUarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.
Azərbaycan çempionu hazırda 6 xalla 15-ci, eyni xala malik olan London təmsilçisi 13-cü sıradadır.
"Köhlən atlar"ı bu gecə böyük mükafat gözləyir. İngiltərənin əmşhur klubu üzərində qələbə qazanarlarsa, heç vaxt olmadığı qədər mükafat əldə edəcəklər.
Əsas heyətdə meydana çıxanların hər birini 120 min manat civarında "ənam" gözləyir. Ola bilsin, oyun saatına qədər bu rəqəm bir qədər də artırılsın.
1 xal əldə olunarsa, yenə pulsuz qalmayacaqlar. "Qarabağ" rəhbərliyi 65-70 min manat civarında ödəmə edəcək.
"Qarabağ" Liqa mərhələsinin I turunda Portuqaliyada "Benfika"nı (3:2), II turda Bakıda Danimarkanın "Kopenhagen" kollektivini (2:0) məğlub edib.
"Köhlən atlar" III turda İspaniyada "Atletik"ə (1:3) uduzub. Ağdam təmsilçisi "Benfika" zəfərinə görə oyunçularına 100 min manatın üstündə ödəmə edib.
"Kopenhagen" qalibiyyəti isə onları 70 min manatdan artıq irəli salıb.
SPORTİNFO.AZ

