«Qarabağ» bu gün Çempionlar Liqasının əsas mərhələsində növbəti matçına çıxacaq.
Azərbaycan çempionu dördüncü tur çərçivəsində «Çelsi»ni qəbul edəcək.
İngiltərə nəhəngi ilə qarşılaşma öncəsi «köhlən atlar»ın düşərgəsində son durum necədir?
ATV kanalında yayımlanan «Futbolumuz» verlişində bu haqda danışılıb. Aparıcı Ceyhun Rzayev bəzi problemlərə diqqət çəkib.
O, Marko Yankoviçin «Benfika» ilə matçda aldığı zədədən sonra hələ də ideal forma yığmadığını bildirib. Eyni zamanda, Kadi Borgesin son həftələrdə yaxşı təsir bağışlamadığını söyləyib.
Ekspert Emin Abbasov isə Qurban Qurbanovun əsas heyətdə Kamilo Duranla şans verəcəyini düşündüyünü qeyd edib. Ağdam təmsilçisinin güclü rəqibə asanlıqla təslim olmayacağını, sonadək mübarizə aparacağını vurbulayıb.
«Qarabağ» ilk 3 turda 6 xal toplayıb. «Benfika»nı səfərdə 3:2, «Kopenhagen»i Bakıda 2:0 üstələyən kollektiv Bilbaoda «Atletik»ə uduzub - 1:3.
Qitənin ən mötəbər turnirindəki yeganə nümayəndəmiz hazırda turnir cədvəlində 13-cü pillədə yer alıb.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

