«Qarabağ» Premyer Liqanın 10-cu turunda qarşılaşdığı «İmişli»yə jest edib.
«Köhlən atlar» debütantın 1 günlük xərclərini qarşılayıb.
Təfərrüata keçək.
Ağdam təmsilçisi ötən həftəsonu Qubaya səfər etməli idi. Çünki «İmişli» ev oyunlarını bu rayonda keçirir.
Quba Olimpiya Kompleksinin stadionu pis vəziyyətdə olduğundan,
«Qarabağ» şimal bölgəsinə yollanmaqdlan çəkindi - Çempionlar Liqasının əsas mərhələsinin dördüncü turunda «Çelsi» ilə üz-üzə gələcək futbolçularının zədə almaq ehtimalının yüksək olmasını göz önünə gətirərək.
Beləcə, qarşı tərəflə danışıb, matçın yerini dəyişdilər, Suraxanıda oynadılar (2:0). Bu, bir zənglə baş verməyib.
Aran təmsilçisinin baş məşqçisi Jorj Kaskilya qarşılaşmanın Bakıda təşkilinin əleyhinə çıxıb. Portuqaliyalı çalışdırıcı son ana kimi öz fikrinin üstündə dayanıb,
«Qarabağ»ın Qubaya gəlməsini istəyib. Belədə iki klubun rəhbərliyi arasında aparılan danışıqlar əsas rol oynayıb.
«Köhlən atlar» imişlilərin səfər xərclərini öz üzərinə götürüb və yalnız bundan sonra razılaşma əldə olunub.
SPORTİNFO.AZ

                
                
                
                
                    