"Qurban Qurbanov çox ağıllıdır, "Real", "Barselona"ya layiq məşqçidir"

4 Noyabr 2025 13:20 Qarabağ 4 675
"Qurban Qurbanov çox ağıllıdır, "Real", "Barselona"ya layiq məşqçidir"

Türkiyəli futbol şərhçisi Ertem Şener sosial şəbəkə hesabında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov barəsində danışıb.

Sportinfo.az xəbər verir ki, tanınmış şərhçi azərbaycanlı mütəxəssisin Avropada öndə gedən klublarda çalışmağa layiq olduğunu deyib.

"Qurban Qurbanov "Real", "Barselona", "Mançester Siti" və ya "Bavariya" kimi Avropa nəhənglərinə layiq bir baş məşqçidir.

O, çox ağıllıdır. Qurban Qurbanovla görüşəcəm, şəkil çəkdirəcəm".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti