"Qarabağ"dan çox şey istəyirik, amma nəzərə almalıyıq ki..."

4 Noyabr 21:00 Qarabağ 190
"Qarabağ"dan çox şey istəyirik, amma nəzərə almalıyıq ki..."

"Qarabağ" Çempionlar Liqasının əsas mərhələsində növbəti görüşünə hazırlaşır.

Komandamızın budəfəki rəqibi İngiltərə nəhəngi "Çelsi" olacaq.

Təbii ki, 5 sentyabr Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək görüşdə favorit tərəf qonaqlardır.

Bəs biz nəyə ümid edə bilərik?

Futbol funksioneri Ceyhun Sultanov Sportinfo.az-a açıqlamasında bu suala ətraflı cavab verib:

"Çətin oyun olacaq. Bilirik ki, "Çelsi" nəyə qadirdir. Amma ümumi baxası olsaq, "Qarabağ"ın bəlli oyun üslubu var.

Avrokuboklarda yaxşı çıxış edirlər. Milli çempionata o dərəcədə tam motivasiya olmasa da, Çempionlar Liqasında tam fərqli "Qarabağ" olur.

Yaxşı oyun gözləyirəm. Hər zaman olduğu kimi. Qol imkanlarını istifadə edə bilsək, nəticə əldə edəcəyik.

Əslində "Qarabağ"dan çox şey istəyirik. Nəzərə almalıyıq ki, biz hansı liqada oynayırıq.

"Qarabağ"a uğurlar arzulayıram. Azarkeşlərimiz pozitivdir, hər zaman qələbə gözləyir.

Ancaq məğlub da ola bilərik. Bu normal haldır. Əsas odur müdafiədə səhv etməyək, qol fürsətlərini dəyərləndirə bilək. Belədə nəticə əldə edəcəyik.

"Qarabağ"a hər zaman inanmışam. Çünki bir oyun üslubu var. Bu olmasaydı, nəyəsə inanmaq olmazdı. Komandaya uğurlar arzulayıram.

Yaxşı nəticə qazanmasını istəyirəm. Təbii ki, istəklərimizlə deyil, hər şey 90 dəqiqədə bilinəcək. İnanıram ki, layiqli mübarizə görəcəyik".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
4 Noyabr 16:30 Çək və bizə göndər!
4 Noyabr 03:30 Ağayev görüşə getdi
4 Noyabr 03:00 Sevgilisindən ayrıldı