Bu da “Qarabağ” üçün...

3 Noyabr 2025 22:40 Qarabağ 935
Bu da “Qarabağ” üçün...

Premyer Liqanın 10-cu turunun “İmişli” ilə oyunu “Qarabağ” üçün yubileylə əlamətdar olub.

Sportinfo.az PFL-in saytına istinadən xəbər verir ki, Ağdam klubu ölkə çempionatlarında 350-ci quruhesablı qələbəsini 2 cavabsız qolla qazanıb.

“Qarabağ” 202 dəfə evdə, 145 dəfə səfərdə, 3 dəfə neytral meydanda qol buraxmadan qalib gəlib.

Ağdamlıların ilk belə qələbəsi 1992-ci il mayın 6-da “Şirvan”la ev matçına (6:0) təsadüf edib. “Qarabağ”ın quruhesablı qələbələrindən beşi cari mövsüm qeydə alınıb.

“Neftçi” 319, “Şamaxı” 186, “Kəpəz” 150, “Bakı” 147, “Turan” 145 görüşdə qol buraxmadan xal da itirməyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti