“Mənim üçün “Çelsi”, “Real”, “Barselona” fərq etmir” - Əsl “Qarabağ”lı belə olar!

3 Noyabr 20:20 Qarabağ 634
“Mənim üçün “Çelsi”, “Real”, “Barselona” fərq etmir” - Əsl “Qarabağ”lı belə olar!

“İlk iki oyunda qazandığımız qələbələrin davamını gətirmək istəyirik”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qarabağ”ın müdafiəçisi Sami Mmaee deyib.

Çərşənbə günü “Qarabağ”sevərlərin diqqəti Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.

“Köhlən atlar” həmin gün Çempionlar Liqasının Liqa mərhələsində İngiltərə nəhəngi “Çelsi”ni qəbul edəcək.

Hər nə qədər maraqlı olsa da, Sami güclü rəqiblə dueldə heç-heçəyə yox, qələbəyə kökləndiyini söyləyib:

“Qələbə mentalitetinə sahibəm. Rəqibin kimliyindən asılı olmayaraq, yalnız qalibiyyət barədə düşünürəm.

Sevindirici haldır ki, “Qarabağ”ın psixologiyası da belədir. “Çelsi”, “Real Madrid”, “Barselona” – fərq etmir, meydana çıxırıqsa, 3 xalı hədəf seçirik.

Hamımız futbolçuyuq və meydanda 11 nəfər 11 nəfərə qalşı mübarizə aparır. İstənilən komanda digərini məğlub edə bilir. Futbolun gözəlliyi də bundadır”.2

Noyabrın 5-də baş tutacaq qarşılaşmanın start fiti saat 21:45-də çalınacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
3 Noyabr 18:10 Çək və bizə göndər!