“Qarabağ”ın braziliyalı legioneri Kadi Borges baş məşqçi Qurban Qurbanovun futbolçuları cəzalandırması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Sportinfo.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi bu xəbərləri nə təsdiq, nə də təkzib edib:
“Bu sualları Qurbanova versəniz, daha yaxşı olar. Cəza var, ya yoxdur, deyə bilmərəm”.
Çempionlar Liqasının əsas mərhələsinin III turunda “Atletik”lə keçirilən oyundan sonra futbolçuların istənilən səviyyədə çıxış etmədiyi, Qurban Qurbanovun isə bununla bağlı komanda üzvlərinə cəza verdiyi iddia olunub.
Bildirilir ki, cərimə məbləği kifayət qədər böyükdür və həmin vəsait futbolçuların oktyabr ayı üçün maaş fondundan tutulacaq.

