“Qarabağ” komanda olaraq, heyət olaraq “Atletik”dən geri qaldı”.
Bu sözlər “Sportinfo TV”nin redaktoru İlkin Fikrətoğluna məxsusdur.
Tanınmış telejurnalist Çempionlar Lqasının əsas mərhələsiinin üçüncü turunun “Atletik” - “Qarabağ” qarşılaşması (3:1) haqda fikirlərini dilə gətirib.
O, Azərbaycan çempionunun səviyyə fərqində uduzduğunu bildirib:
“Qarabağ” hətta 2-3 milyona legioner hücumçu alsaydı belə, o bir oyunçu Bilbaoda nəyisə dəyişə bilməyəcəkdi.
Bu həftə liqada 6 qolla uduzan “Napoli”nin, 7 top buraxan “Bayer Leverkuzen”in, 0:4 uduzan “Atletiko Madrid”in geniş heyəti də, kefin istəyən hücumçuları da var. amma nə olsun, darmadağınla məğlub oldular.
Burası Çempionlar Liqası – “Barselona”sı. “Yuventus”u. “Qalatasaray”ı. “Liverpul”u uduzursa, “Qarabağ”ın da hansısa oyunda məğlub olması normal haldır.
Azarkeşlərin isə arzuları sərhədsizdir.
Əvvəlcə Çempionlar Liqasının əsas mərhələsinə düşməyi xəyal edirdilər, sonra heç olmasa, bu mərhələdə 1 qələbə qazanmağı, 1 heç-heçə etməyi.
İndi isə hesabımızda 6 xal var, pley-offa vəsiqəni tələb edirlər”.

