"Çelsi"nin zədəli yarımmüdafiəçisi Koul Palmer Çempionlar Liqasının IV turunda "Qarabağ"la oyunda iştirak edə bilər.
Sportinfo.az xəbər verir ki, bu barədə "zadəganlar"ın baş məşqçisi Enso Mareska deyib.
"Onunla səhər yeməkxanada görüşdüm və gələn həftə komandaya qayıtmalı olduğunu dedim. O, buna gülərək reaksiya verdi. Ümid edirəm ki, tezliklə qayıdacaq", - deyə Mareska bildirib.
"Qarabağ"la "Çelsi" noyabrın 5-də, Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionunda üz-üzə gələcək.

