Ağdam klubu “qara bazar”ı nəzarətə götürdü - AÇIQLAMA

2 Noyabr 18:10 Qarabağ 522
Ağdam klubu “qara bazar”ı nəzarətə götürdü - AÇIQLAMA

“İndiyədək 27 250 bilet satılıb və müəyyən sayda VIP biletlər də daxil olmaqla, satış prosesi davam edir”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev deyib.

O, bilet satış prosesinin daim nəzarətdə saxlanıldığını bildirib.

“Bəzi azarkeşlər bileti ala bilmədiklərini bildirirlər, lakin eyni zamanda bir çoxları iki-üç və ya daha çox bilet aldığını qeyd edir.

Bu, təbii haldır, çünki oyuna böyük maraq var. Təəssüf ki, yerlər məhduddur və hər kəsə bilet çatmır”, - deyə klub rəsmisi vurğulayıb.

Anar Hacıyev əlavə edib ki, "qara bazar" problemi də diqqətlə izlənir, lakin bir şəxsin bir neçə bilet almasının qarşısını tam şəkildə almaq mümkün deyil.

Məlumata görə, “Çelsi” ilə qarşılaşma üçün bilet satışına rekord səviyyədə maraq qeydə alınıb.

Çempionlar Liqasının əsas mərhələsinin IV turunun “Qarabağ” - “Çelsi” oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
2 Noyabr 20:00 Çək və bizə göndər!