Bu legioner "Qarabağ"da hamını məyus edir

3 Noyabr 2025 17:00 Qarabağ 13 701
Bu legioner "Qarabağ"da hamını məyus edir

Kamilo Duran "Benfika" səfərində vurduğu qol, göstərdiyi performansla hamımızı sevindirmişdi.

Ki, əsl mövqeyi vinger olan Duran hücum fazasında sıxıntısı olan Ağdam klubuna kömək edə bilər.

Əslində daha əvvəl "Zirə" ilə liqa görüşündə ilk dəfə forvard kimi sınanmış və ümid vermişdi.

Portuqaliyada həmin ümid parladı.

Amma keçici...

Təəssüf ki, sonrakı dövrdə kolumbiyalı legioner ümidləri doğrultmur.

Meydanda çıxdığı 8 oyunda (ikisi ÇL-də) adına cəmi 1 məhsuldar ötürmə yazdıra bilib.

Düzdü, yaxşı mübarizə aparır, rəqib müdafiəsini daim gərginlikdə saxlayır.

Özü vurmasa da, yoldaşlarına dəhliz yaradır, qapılar açır.

Amma bir hücumçu üçün vacib olan qol(lar) gəlmir.

Bu da haqlı olaraq azarkeşləri narahat etməyə bilməz.

Elə baş məşqçi Qurban Qurbanovu da.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti