Kadi ona sürpriz etdi: “Onlar bu xəbəri görəndən sonra..."

01:20 Qarabağ 128
Kadi ona sürpriz etdi: “Onlar bu xəbəri görəndən sonra..."

"Qarabağ"ın legioneri Kadi Borgeslə görüşmək Azərbaycan parataekvondoçusu Amin Əliyev üçün gözlənilməz olub.

Sportinfo.az xəbər verir ki, bu barədə "report"a gənc idmançı açıqlama verib.

Paralimpiyaçı braziliyalı oyunçu ilə görüşdüyü üçün sevindiyini bildirib:

"Bu, mənim üçün gözlənilməz an idi. Ən sevdiyim futbolçu ilə görüşümüzün alınacağını, onunla yaxından söhbət edəcəyimi gözləmirdim.

Bunun üçün Kadi Borgesə təşəkkür edirəm. Çox həyəcanlı idim. Yaxşı görüş alındı.

Ailəm və yaxınlarım da mənə görə sevindilər. Onlar bu xəbəri görəndən sonra məni təbrik etdilər".

A.Əliyev ən böyük arzusunu da açıqlayıb:

"Bu, növbəti yarışlar üçün mənə ikiqat motivasiya olacaq. Ən böyük arzum paralimpiya çempionu olmaq və bayrağımızı yüksəklərdə dağlalandırmaqdır".

Digər Xəbərlər
Xəbər Lenti
1 Noyabr 18:10 Çək və bizə göndər!