Azərbaycanın ən güclü komandasından xalı necə “oğurlamaq” olar?

31 Oktyabr 16:40 Qarabağ 206
Azərbaycanın ən güclü komandasından xalı necə “oğurlamaq” olar?

«Qarabağ»ın «can»ı 3-4 futbolçudadır.

Yükün 90 faizi onların üzərindədir.

Zubir, Elvin və Kadi ilk dəqiqələrdən meydanda yoxdursa, həmin gün «Qarabağ»ın başına istənilən hadisə gələ bilər.

İşdir, o gün rəqib 5 müdafiəçi ilə «cəbhə»nin əks tərəfində dayanıbsa, vəziyyət daha çətin görünür.

İki heyətinin olmasından çox danışılır «Qarabağ»ın. 20-dən artıq oyunçusu var Qurban Qurbanovun, amma bu, o deməkdir ki, düşərgədə yer alanların hamısı eyni səviyyədədir?

Belə fikir yürüdənlər yanılır. Qurbanov bu futbolçuların gücünü bilməsəydi, yəqin ki, avrokuboklarda, adətən, eyni «11-liy»ə şans tanımazdı.

Ehtiyat qüvvə içindən cəmi 2-3 nəfər əsas heyətə düşməyə qadirdir, digərləri, sadəcə, say düzəltmək, 60-70-ci dəqiqədən sonra əvəzləmədən meydana buraxılmaq üçündür.

«Şamaxı» ilə qarşılaşmada «Qarabağ»ın fərqlənmək üçün bir neçə epizodu oldu. Qonaqlar oyunun sürətini azaltmaq üçün bildiyi bütün yollara baş vurdu və bu, «Qarabağ»ın son nöqtəni qoymaq cəhdlərini, hücum kəsərini azaltdı.

«Şamaxı»nı qınaq obyektinə çevirməyək: bu cür güclü rəqibdən xal «oğurlamaq» müşkül məsələdir.

Tamamilə qapanmasan, zonaları bağlamasan, cərimə meydançasının həndəvərində sıxlıq yaratmasan, «Qarabağ» olmayan yerdə 1 qol vurub, qələbə qazanacaq.

ELXAN

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 02:40 "Sabah"ın hesabı - 11:1
31 Oktyabr 02:20 “Zirə”dən Mozambikə
31 Oktyabr 02:00 “Qarabağ” AÇIQLADI
30 Oktyabr 22:20 Rəşad Sadiqov fərqi...