“Qarabağ”lı: “Rəqibin kimliyi fərq etmir, bu, “Atletik”dir, “Şamaxı”, “Çelsi”, ya “İmişli”

31 Oktyabr 16:20 Qarabağ 251
“Qarabağ”lı: “Rəqibin kimliyi fərq etmir, bu, “Atletik”dir, “Şamaxı”, “Çelsi”, ya “İmişli”

Çempionlar Liqasında “Atletik”ə məğlub olan (1:3), Premyer Liqada “Şamaxı”nın müqavimətini qıra bilməyən (1:1) “Qarabağ” növbəti oyunun astanasındadır.

Ağdam təmsilçisi bu dəfə milli çempionatın 10-cu turunda “İmişli” ilə qarşılaşacaq.

Püşkatmanın nəticələrinə əsasən oyun Qubada keçirilməli idi.

Lakin bölgədəki Olimpiya İdman Kompleksinin meydanı yararsız olduğundan, “Qarabağ” PFL-ə müraciət edərək görüşün “Azersun Arena”da baş tutmasını xahiş edib və müraciət müsbət qarşılanıb.

“Köhlən atlar”ın vingeri Kris Kuaku Sportinfo.az-a açıqlamasında qarşıdakı oyunla bağlı fikirlərini bildirib:“Hər oyuna eyni düşüncə ilə yanaşırıq.

Rəqibin kimliyi fərq etmir.

Bu, “Atletik”dir, “Şamaxı”, “Çelsi”, yoxsa “İmişli”. Deməyim odur ki, rəqibin adına yox, öz oyunumuza və hazırlığımıza baxırıq.

Bilirəm, “İmişli” bizə qarşı müdafiədən oynayacaq. Baş məşqçimiz təhlillər aparıb, buna uyğun tapşırıqlarını verəcək.

“Şamaxı” ilə matçda xeyli sayda qol imkanlarımız olsa da, dəyərləndirə bilmədik. Bu dəfə imkanları qola çevirməyə çalışacağıq. Məqsədimiz yaxşı oyun və təbii ki, qələbədir”.

Oktyabrın 31-də “Azersun Arena”da baş tutacaq qarşılaşmanın start fiti saat 17:00-da çalınacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 02:40 "Sabah"ın hesabı - 11:1
31 Oktyabr 02:20 “Zirə”dən Mozambikə
31 Oktyabr 02:00 “Qarabağ” AÇIQLADI
30 Oktyabr 22:20 Rəşad Sadiqov fərqi...