“Qarabağ” bazarda - Çoxu satıldı, məhdud sayda qaldı

31 Oktyabr 17:20 Qarabağ 322
“Qarabağ” bazarda - Çoxu satıldı, məhdud sayda qaldı

"Qarabağ" Çempionlar Liqasının 4-cü turunda İngiltərə "Çelsi"sinə qarşı Bakıda keçiriləcək oyunu üçün bilet satışı davam edir.

Sportinfo.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, artıq 27 250 bilet satılıb.

Klub qeyd edib ki, hazırda biletlər məhdud sayda qalıb. Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.

Biletlərin qiyməti isə 10, 15, 25, 35, 40, 50, 75, VIP sektorlar üçün 200, 250, 300 və 400, VVIP sektorlara 1000 AZN təşkil edir.

"Qarabağ" - "Çelsi" oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 21:45-də start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 02:40 "Sabah"ın hesabı - 11:1
31 Oktyabr 02:20 “Zirə”dən Mozambikə
31 Oktyabr 02:00 “Qarabağ” AÇIQLADI