“Qarabağ”la anlaşmaq üçün bu güzəştə də getdilər - SON DƏQİQƏ

31 Oktyabr 21:20 Qarabağ 1 956
“Qarabağ”la anlaşmaq üçün bu güzəştə də getdilər - SON DƏQİQƏ

Türkiyə Hava Yolları (THY) «Qarabağ»la tərəfdaşlıq etmək üçün hər cür fədakarlığa hazırdır.

2018-2021-ci illərdə «Neftçi»nin forma sponsoru olmuş THY növbəti təkliflə Ağdam klubunun qapısını döyüb.

Onlar öz loqolarının geyimin sağ qolunda yerləşdirilməsinə razıdırlar. Halbuki THY adının öncə yalnız formanın ortasında yazılmasını istəyirdi.

«Köhlən atlar»ın Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparması, ilk iki turda qələbə qazanması, bununla Avropaya böyük səs salması THY-nın diqqətini çəkib.

Qarşı tərəf konkret təkliflər paketi ilə Azərbaycanın ən yaxşı klubuna müraciət edib.

Türkiyə Hava Yolları ilk dəfə hələ 3 il öncə “Qarabağ“la əməkdaşlıq təşəbbüsü irəli sürüb. Dövrü mətbuat onda bir neçə xəbərlə gündəmə gəlib.

Yazılanlara görə, THY həmin vaxt Ağdam təmsilçisinə illik 5 milyon dollar təklif eləyib.

Təklifə əsasən, komanda avrokubok oyunlarına üzərinə THY yazılmış formalarla çıxmalı idi. Lakin onda tərəflər arasında anlaşma əldə etmək mümkün olmamışdı.

Aldığımız məlumata görə, THY ilə “Qarabağ“ arasında danışıqlar son günlər bir qədər də intensivləşib. Onların indiki təklifi əvvəlki ilə müqayisədə daha sərfəlidir.

Söhbət təqribən 10 milyon dollardan gedir. THY “Qarabağ“ın Çempionlar Liqasında keçirəcəyi qarşıdakı 6 ayda onun adı yazılmış formalarla meydana çıxmasını şərt olaraq irəli sürüb.

«Qarabağ» hələlik bu təklifə konkret cavab verməyib. Gözləmə mövqeyindədirlər. Qardaş ölkənin məşhur brendi isə bu prosesin tezliklə yekunlaşmasını istəyir.

Çünki «köhlən atlar»la tərəfdaşlıq etmək niyyətində olan başqa şirkətlərin də sıraya düzülməsindən xəbərdardırlar. Onların arasında istər yerli, istərsə də xarici namizədlər yer alır.

«Qarabağ»ın yerli tərəfdaşlardan biriylə anlaşmağa daha çox can atmasını artıq öyrənmişik. Təbii ki, burada maliyyə şərtləri də mühüm rol oynayacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 02:40 "Sabah"ın hesabı - 11:1
31 Oktyabr 02:20 “Zirə”dən Mozambikə
31 Oktyabr 02:00 “Qarabağ” AÇIQLADI