Bu gün "Qarabağ"da yeni legioner debüt edəcək?

13:40 Qarabağ 485
Bu gün "Qarabağ"da yeni legioner debüt edəcək?

Joni Montiel bu gün "Qarabağ"da ilk oyununa çıxa bilər.

Sportinfo.az xəbər verir ki, ispaniyalının Premyer Liqanın 10-cu turunda keçiriləcək "İmişli" ilə oyunda iştirakı gözlənilir.

Bu yay transfer pəncərəsində "Qarabağ"ın heyətinə qatdığı hücumameyilli yarımmüdafiəçinin hazırlıq durumu Qurban Qurbanovun qane etmədiyi üçün o, hələ yeni klubunda debüt imkanı qazanmayıb.

Joni Montiel avqust ayının 3-də "Qarabağ" ilə 2+2 illik müqavilə imzalayıb. 26 yaşlı vinger "Rayo Valyekano"nun yetirməsidir.

Digər Xəbərlər
Xəbər Lenti
30 Oktyabr 22:20 Rəşad Sadiqov fərqi...