"Qarabağ" Bakıdakı ev oyunlarında növbəti xallarını qazanacaq"

01:20 Qarabağ 156
"Qarabağ" Bakıdakı ev oyunlarında növbəti xallarını qazanacaq"

Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə "Qarabağ" klubunun UEFA Çempionlar Liqasında növbəti mərhələyə vəsiqə qazanacağına inanır.

Sportinfo.az xəbər verir ki, MOK rəsmisi bu barədə "report"a açıqlama verib.

O, Azərbaycan təmsilçisinin qitənin bir nömrəli klub turnirindəki bütün oyunlarını izlədiyini söyləyib:

"Növbəti raunda yüksəlmək şansımız var. İnanıram ki, növbəti mərhələyə vəsiqə qazana bilərik.

Təkcə onu demək kifayətdir ki, ötən mövsüm UEFA Avropa Liqasında iştirak etdik, əsas mərhələni 3 xalla sonuncu pillədə başa vurduq.

Bu il Çempionlar Liqasındayıq və artıq 6 xalımız var. Həm Çempionlar Liqasına düşmək, həm də burada yaxşı nəticələrə nail olmaq artıq "Qarabağ"ın uğurudur".

MOK-un vitse-prezidenti "köhlən atlar"ın doğma meydandakı qarşılaşmalarda müsbət nəticəyə nail ola biləcəyini vurğulayıb:

"Liqa mərhələsindəki rəqiblərimiz çox güclüdürlər. Amma onlara qalib gəlmək olar. Hesab edirəm ki, "Qarabağ" Bakıdakı ev oyunlarında növbəti xallarını qazanacaq".

"Qarabağ" Çempionlar Liqasının əsas mərhələsində üç turdan sonra 6 xalla 13-cü pillədə qərarlaşıb. Komanda noyabrın 5-də Bakıda İngiltərənin "Çelsi" klubu ilə üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti
30 Oktyabr 22:20 Rəşad Sadiqov fərqi...