“İmişli”nin futbolçularını daha çox qaçmağa, hərəkət etməyə məcbur etməliyik ki, müdafiədən çıxsınlar”.
Bu sözləri Sportinfo.az-a açıqlamasına “Qarabağ”ın yeni legioneri Sami Mmaee deyib.
Cümə günü “Azersun Arena”da baş tutacaq qarşılaşmada ağdamlılar “Şamaxı”nın ardınca daha bir müdafiəyəyönlü rəqiblə - “İmişli” ilə qarşılaşacaq.
Aran təmsilçisi geridə qalan 9 turda əsas diqqəti qapısından top buraxmamağa və əks-hücumlarda effektli olmağa ayırdığını göstərib. Çox güman, “Qarabağ”a qarşı da ənənəvi gedişdən istifadə edəcəklər.
Bəs, “köhlən atlar” rəqib müdafiəsini yarmaq üçün nə edəcək? 2 oyundur davam edən qələbəsizlik sindromunu qırmaq mümkün olacaq?
29 yaşlı müdafiəçi nikbindir:
“Belə rəqiblərə qol vurmaq çətindir. Müdafiədə qapanmaqla işi çətinləşdirirlər. Bəzən nə qədər qol imkanı yaratsan da, xeyri olmur. “Şamaxı” ilə oyunda bunu gördük.
Lakin biz “Qartabağ”ıq. İstəyimizə çatmaq üçün çıxış yollarını tapmalıyıq. Qalib gələcəyimizə inanıram”.
Oktyabrın 31-də “Azersun Arena”da gerçəkləşəcək duel saat 17:00-da başlayacaq.
HƏBİB

