Qurban Qurbanovun sözünə qüvvət verdi: "Qarabağ"ın bunu etməsi çətindir" - VİDEO

15:00 Qarabağ 673
Qurban Qurbanovun sözünə qüvvət verdi: "Qarabağ"ın bunu etməsi çətindir" - VİDEO

"Qarabağ"ın bunu etməsi çətindir".

Bu sözlər futbol eksperti Emin Abbasova məxsusdur.

O, ATV kanalında yayımlanan "Futbolumuz" verlişində "Qarabağ"ın Çempionlar Liqasının əsas mərhələsinin üçüncü mərhələsində "Atletik"ə səfərdə 1:3 hesabıyla uduzmasının səbəblərini açıqlayıb.

Tanınmış teleşərhçi bildirib ki, Azərbaycan çempionu İspaniya nəhənginin təzyiqinə tab gətirməyib, müdafiədə səhvə yol verib.

Abbasov qeyd edib ki, Premyer Liqa ilə Çempionlar Liqasının səviyyəsini bir tutmaq olmaz, arada böyük fərq var.

Bilbao klubunun ustalıq baxımından "köhlən atlar"ı üstələdiyini vurğulayan ekspert Qurban Qurbanovdan bəzi sitatlar səsləndirib.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti