"Qarabağ" Çempionlar Liqasında ikincidir - Bu göstəricidə

00:30 Qarabağ 87
"Qarabağ" Çempionlar Liqasında ikincidir - Bu göstəricidə

Çempionlar Liqasının əsas mərhələsinin üç turundan sonra "Qarabağ" topu rəqibdən geri qaytarmaq baxımından üçlüyə yüksəlib.

Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisi 150 dəfə topu geri qaytarmaqla iştirakçılar arasında ikinci yerdədir.

İlk üçlükdə həmçinin Belçikanın "Union" (154) və İspaniyanın "Athletik”(Bilbao) (146) klubları yer alıb.

Ən yaxın izləyicilər isə İngiltərənin "Nyukasl” (142), Danimarkanın "Kopenhagen" (132) və Almaniyanın "Borussia”(Dortmund) (129) komandalarıdır.

“Qarabağ” növbəti turda “Çelsi” ilə qarşılaşacaq. Həmin oyun noyabrın 5-də keçiriləcək və matça 20:45-də start veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 18:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 03:40 Vüsal əməliyyat edildi