"Qarabağ"da yeni dövr başlayır? - Qurban Qurbanovun bitməyən...

19:40 Qarabağ 400
"Qarabağ"da yeni dövr başlayır? - Qurban Qurbanovun bitməyən...

Deyəsən, "Qarabağ"da yeni dövr başlayır.

Və ya Qurban Qurbanov komandanı buna hazırlamağa çalışır.

Təcrübəli mütəxəssisin son addımları belə düşünməyə ciddi əsas verir.

Onun "Şamaxı" ilə görüşdən sonra tempin aşağı olması ilə bağlı sərt çıxışı bundan xəbər verir.

Düzdü, əvvəlki illərdə də bənzər fikirləri olub.

Amma bu dəfə daha açıq mesajlar vardı - hakimlərə, rəqib futbolçulara və.s.

Meydanda isə öz oyunçularına emosiyaları ilə bunu büruzə verirdi.

Dani Boltun adi vəziyyətdə top itirməsinə çılğın reaksiya verməsini nəzərdə tuturam.

"Atletik"lə səfər oyunundakı sürət sanki Qurbanovu bir qədər də temp barədə ciddi düşünməyə vadar edib.

Çalışdırıcı fərqindədir ki, olduqları yerdə saymamaq, geri düşməmək üçün yüksək dinamika vacibdir.

Bu qədər uğurlardan sonra Qurbanovun uğura, daha yuxarı hədəflərə belə ac olması alqışalayiqdir.

İllərdi Ağdam klubunun boynundan yuxarı tullanmasını məhz bu cür ambisiya qabağa aparıb, böyüdüb.

Lakin Azərbaycan reallığında bunu növbəti dəfə bacarmaq, indikindən də böyük olmaq nə dərəcə realdır?

Qurbanov amili olmasa, birbaşa mümkünsüzdür deyərdim.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti