“Qarabağ”ın yay transferi: “Bu, bizə kömək etmədi”

20:00 Qarabağ 1 005
“Qarabağ”ın yay transferi: “Bu, bizə kömək etmədi”

Çempionlar Liqasında “Ateltik Bilbao”ya məğlub olan “Qarabağ” (1:3) Premyer Liqada “Şamaxı”nın müqavimətini qıra bilmədi.

Bazar günü “Azersun Arena”da keçirilən qarşılaşmada ilk dəqiqələrdən sona qədər oyuna nəzarət edən “köhlən atlar” bölgə təmsilçisinin qapısına qol vurmayınca, qarşılaşma başladığı hesabla yekunlaşdı.

Sportinfo.az-a açıqlama verən “Qarabağ”ın yarımmüdafiəçisi Kris Kuaku komandasının qələbə qazana bilməməsini şərh edib:

“Futbolda hər iki komanda meydana qələbə qazanmaq üçün çıxır. Bəzən istəyinə çatırsan, bəzən nəticə gözləmədiyin kimi olur.

Əsas odur ki, məğlub olmadıq. Çünki 1 xal sıfırdan daha yaxşıdır. Sözsüz, nəticədən məmnun deyilik. “Qarabağ” hər zaman meydana qalib gəlmək üçün çıxır.

“Şamaxı”ya hörmət edirəm, ancaq hamı gördü ki, rəqib 90 dəqiqə müdafiə olundu. Bütün futbolçularla müdafiəyə çəkiləndə qol vurmaq çətinləşir.

Hətta baş məşqçimiz ehtiyatda olan hücumameyilli bütün futbolçuları meydana buraxdı. Bu da bizə kömək etmədi”.

“Qarabağ” Premyer Liqanın 10-cu turunda Qubada “İmişli”nin qonağı olacaq.

Oktyabrın 31-də keçiriləcək qarşılaşma saat 14:00-da başlayacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti