Səudiyyə Ərəbistanı klubu da Juninyoya elçi düşdü

2 Aprel 13:00 Qarabağ 4 663
Səudiyyə Ərəbistanı klubu da Juninyoya elçi düşdü

"Qarabağ"ın hücumçusu Juninyonun müştəriləri durmadan artmaqdadır.

Ötən ilin yayında "Çaves"dən transfer olunan braziliyalı legionerlə Türkiyədən "Beşiktaş" və Fransadan "Tuluza"nın yaxından maraqlanması müddət öncədən məlumdur.

Premyer Liqanın geridə qalan 28 turunda 17 qol vuran və bu göstərici ilə bombardirlər yarışına başçılıq edən "sambaçı"ya daha bir talib çıxıb.

Bu, Səudiyyə Ərəbistanının yüksək liqasında mübarizə aparan klublardan biridir.

Juninyo 2026-cı il iyunun 30-na qədər Ağdam təmsilçisinə məxsusdur. Avropa Liqasında vurduğu qollarla diqqət mərkəzinə düşmüş cənubi amerikalı bu təkliflərdən birini dəyərləndirmək niyyətindədir.

O, belə istəkdə olduğunu "Qarabağ" rəsmiləri ilə söhbətində də etiaf edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti