10-a yaxın klubdan təklif aldı, "Qarabağ"a "getmək istəyirəm" söylədi – GÜNÜN ŞOK XƏBƏRİ!

18 Mart 13:00 Qarabağ 13 543
10-a yaxın klubdan təklif aldı, "Qarabağ"a "getmək istəyirəm" söylədi – GÜNÜN ŞOK XƏBƏRİ!

«Qarabağ»ın ötən ilin yayında sıralarına qatdığı Juninyo yayda Azərbaycandan birdəfəlik ayrıla bilər.

Premyer Liqanın geridə qalan 27 həftəsində 15 qol vuran və bombardirlər siyahısına başçılıq edən braziliyalıya bir çox təkliflər var.

Avropa və Asiyadan 10-ya yaxın klubu 27 yaşlı hücumçuya menecerlər vasitəsilə dəvət göndərib.

«Beşiktaş» da daxil, aldığı yeni çağırışlar və vəd olunan pullar cənubi amerikalı forvardın fikrini qarışdırıb. «Sambaçı» Azərbaycanı tərk eləmək istəməsi barədə klub rəsmilərini məlumatlandırıb.

Kasıb ailədə dünyaya göz açdığını xatırladan Juninyo ayağına gələn təkliflərdən birini dəyərləndirmək fikrində olduğunu deyib.

O, "Atletiko PR"in (Braziliya) yetirməsidir. "Atkletiko" ilə yanaşı, müxtəlif illərdə ölkəsində "Brazil", "Novurizontino", "Fiqeyrense", "Vila Nova"da da oynayıb.

2020-ci ilin oktyabrında Portuqaliya yüksək liqa təmsilçisi "Şaviş"ə keçib. Ötən mövsüm əsas heyət üzvü olduğu"Şaviş"lə Premyer Liqada 30 oyunda meydana çıxıb, 4 qol vurub.

"Qarabağ" bu transfer üçün qarşı tərəfə 400 min dollar civarında təzminat ödəyib və 3 illik müqavilə bağlayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"