"Qarabağ"la müqaviləm var və..." - Abdullah Zubir AÇIQLADI

18 Mart 08:50 Qarabağ 2 819
"Qarabağ"la müqaviləm var və..." - Abdullah Zubir AÇIQLADI

"İlk hissədə "Bayer" bizə təzyiq göstərdi.

İkinci yarı fərqli oyun ortaya qoyduq.

Qol vurduğum epizoda gəldikdə, oyuna arxadan başladıq, hücumu məntiqi sonluqla bitirdim.

"Bayer" böyük komandadır, onlara qarşı oynadıq. Buradan çıxaracağımız ən yaxşı nəticə səhvlərimizi öyrənib, növbət matçlarda onları təkrarlamamaqdır".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın fransalı vingeri Abdullah Zubir deyib.

O, Avropa Liqasının 1/8 final mərhələsinin "Bayer"ə qarşı keçirilmiş cavab (3:2) oyunundan sonra fikirlərini bildirib.

Fransalı qarşıdakı mövsüm üçün də "Qarabağ"ın heyətində avrokuboklarda uğurlu nəticələr üçün əlindən gələni edəcəyini deyib:

"Qarabağ"la müqaviləm var və davam edir. Yeni mövsümdə də ən yaxşısını etməyə hazıram ki, "Qarabağ" avrokuboklarda daha yaxşı yerlərə çatsın.

Bizim üçün ən yaxşısı Azərbaycan çempionu olub. ölkəni ÇL-də təmsil edək. Amma liqada da hələ heç nə bitməyib.

Riyazı olaraq liqada çempion deyilik. Çempion olsaq, gələcək haqda fikirlərimizi irəli sürəcəyik".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!