Allah “Kəpəz”ə kömək olsun... Vaqif Tanrıverdiyev yazır

18 Mart 08:30 Qarabağ 311
Allah “Kəpəz”ə kömək olsun... Vaqif Tanrıverdiyev yazır

Vaxtilə öz stadionları, əlverişli sağlamlıq-idman kompleksləri olan “Kəpəz” baxımsızlıq, laqeydlik üzündən öz oyunlarını başqa şəhərdə keçirmək məcburiyyəti ilə üzləşəndə “Qəbələ” futbol akademiyası möhtəşəm qonaqpərvərlik nümayiş etdirdi, öz qapılarını “Kəpəz”in üzünə açdı, ev sabibi kimi qonaqlara hər cür şərait yaratdı, qəlb genişliyi nümayiş etdirdi.

Hamı da bu “jesti” millətimizə layiq qonaqpərvərlik nümayişi kimi qarşıladı.

Qəbələdə oyunlar “Kəpəz”ə geniş imkanlar açdı, sanballı oyun nümayiş etdirib, yüksək liqada qalmaq üçün xal ehtiyatını artırmağa başladı... Qonaqlar xal ehtiyatını artırırsa, deməli yüksək liqada qalmaq ehtimalları da yüksəlir. Bəs çempionatı kim tərk etməlidir, məntiq sadədir, sonuncu yeri tutan komanda. “Kəpəz”in həm də onda bəxti gətirmədi ki, onun bu rəqabətdə rəqibi “Qəbələ” oldu.

“Kəpəz”in “Qəbələyə” onun doğma meydanında qalib gəlməsi bardağı daşıran son damla oldu. Cani-dildən qonaqpərvərlik göstərən “Qəbələ”nin niyyəti bilindi. Nə qədər ki, öz aralarında oyun olmamışdı, elə fikirləşirdilər ki, qonaq sifətində ev sahibliyi öz nəticəsini verəcək, “Cəhənnəm yoldaşlığında” “Kəpəs”i irəli verəcək. “Yersiz gəldi, yerli qaç” - deyə köhnə bir məsəl var. Amma “Qəbələ” qaçmadı, yersizə yerini göstərmək üçün çox düşünmədi, qəti addım atdı, nümayişkəranə şəkildə bəyan etdilər ki, bəs deməzsənmi “Kəpəz”in Qəbələdə oyun keçirməsi mümkün deyil, stadionun ot örtüyü bərbad vəziyyətə düşür.

Bəli, qəribə məntiqdir, nə qədər ki, öz aralarında oyun olmamışdı, elə fikirləşirdilər ki, qonaq sifətində ev sahibliyi öz nəticəsini verəcək. Ataların gözəl bir deyimi var: Cəhənnəmə gedən özünə yoldaş axtarar. Amma o vaxt Atalar bu hikməti “kəşf” edəndə heç düşünməyiblər ki, yolun son “mənzili” olan cəhənnəm öz “qonağını” tək qəbul edir. Deməli liqada qalıb, yerini möhkəmlətmək üçün Tovuzdakı güclü qasırğadan sonra stadionundakı şərait imkan vermədityi üçün , Qəbələyə pənah gətirən “Kəpəz” əla hədəfdir, necə deyərlər, qurbanlıq “qoyun” onların ovcunun içindədir, öz meydanlarında “Kəpəz”ə qalib gələr, sonra da qurbanının başı üstündə timsah göz yaşları tökərlər.

Göründüyü kimi, “Kəpəz”in bəxti onda gətirmədi ki, liqanı tərketmə rəqabətində onun rəqibi “Qəbələ” oldu. Deməli belə çıxır ki, evimdə “oyna”, çörəyimi ye, suyumu iç həm də mənə də xor bax...

Cani-dildən qonaqpərvərlik göstərən “Qəbələ”yə qalib gəldilkdən sonra “məğlub qonaqlar” uğursuzluğun əvəzini çıxmaq üçün çox düşünmədi, nümayişkəranə şəkildə bəyan etdilər ki, bəs deməzsənmi “Kəpəz”in Qəbələdə oyun keçirməsi mümkün deyil, stadionun ot örtüyü bərbad vəziyyətə düşür. Bəli, qəribə məntiqdir, nə qədər ki, öz aralarında oyun olmamışdı, elə fikirləşirdilər ki, qonaq sifətində ev sahibliyi öz nəticəsini verəcək. Ataların gözəl bir sözü var: cəhənnəmə gedən özünə yoldaş axtarar. Onlar bu sözü deyəndə heç düşünməyiblər ki, cəhənnəm “qonağını” tək-tək qəbul edir, ona görə də cəhənnəmə gediş üçün qurbanlıq onların ovcunun içindədir, öz meydanlarında “Kəpəz”ə qalib gələr, sonra da qurbanının başı üstündə timsah göz yaşları tökərlər. Amma qonaq “ev yiyəsinin qulu olmadı”, necə deyərlər gəmidə oturub gəmiçiyə diş göstərdi.

Deyirlər, oyunüçün “Kəpəz” stadion axtarır, Tovuz onları yenidən qəbul edəcəkmi, Bakıda oyun imkanları varmı?

Nə isə vaxtilə şanlı futbol ənənələrinə malik, “Kəpəz”, “Metallurq”, “Spartaq” kimi stadionları, çoxsaylı idman-sağlamlıq kompleksləri olan, şanlı futbol ənənələrinə malik bir şəhərin komandası bu gün qapılarda qalıb, AFFA-ya da ümid azdır, Allah “Kəpəz”ə kömək olsun...

“Kəpəz”ə əmək vermiş Nofəl Əzizovun gözəl bir təşəbbüsü var: “Kəpəz”in oyunlarına Xankəndi ev sahibliyi etsin. Maraqlı təşəbbüsdur, bu barədə düşünməyə dəyər...

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"