Nihat Kahveci "Qarabağ"ı qalib elan etdi - VİDEO

17 Mart 23:20 Qarabağ 421
Nihat Kahveci "Qarabağ"ı qalib elan etdi - VİDEO

Türkiyə millisinin sabiq futbolçusu, hal-hazırda futbol şərhçisi olan Nihat Kahveci "Qarabağ"ın "Bayer"lə cavab oyunundan (2:3) danışıb.

Sportinfo.az xəbər verir ki, o, Türkiyə telekanallarının birində yayımlanan verilişdə Ağdam klubu haqda müsbət fikirlər səsləndirib:

"Xabi Alonso onsuz da "Qarabağ"ı məğlub edəcəklərini düşünürdü. Amma futbol belə deyil.

Əlavə olunmuş dəqiqələrdə 2 qol vurdular. Mənə görə "Qarabağ" mərhələni keçdi. Onları təbrik edirəm. Halal olsun" (qol.az).

"Qarabağ" "Bayer"lə ilk görüşdə 2:2 hesablı heç-heçə edib. Cavab oyununda Ağdam təmsilçisi 2:1 hesabı ilə öndə olsa da, Leverkuzen klubu 90+3 və 90+8-ci dəqiqələrdə vurulan qollarla növbəti mərhələyə yüksəlib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"