Məşhur azərbaycanlı baş məşqçi qeyri-adi seçim etdi

17 Mart 11:05 Qarabağ 231
Məşhur azərbaycanlı baş məşqçi qeyri-adi seçim etdi

Martın 15-də Leverkuzendən Bakıya qayıdan “Qarabağ” ertəsi gün Tovuza yola düşüb.

Baş məşqçi Qurban Qurbanov yol yorğunluğunu nəzərə alaraq cümə günü futbolçularına istirahət imkanı yaradıb.

Komanda üzvləri şənbə günü günün birinci yarısında Bakıda məşq edərək səfərə yollanıb.

Bu o deməkdir ki, “Qarabağ” Tovuz şəhər stadionunda oyunöncəsi hazırlığa ehtiyac duymayacaq. Axşam saatlarında iclasda baş məşqçidən tapşırıqlarını alıb, ertəsi meydana çıxacaqlar.

“Köhlən atlar”ın marşrut seçimi maraq doğurmaya bilməz. “Qarabağ” digər komandalardan fərqli olaraq qərb bölgəsinə nə avtobusla yollanıb, nə da qatarla.

Klub rəhbərliyi Bakı-Gəncə reysi ilə təyyarə sifariş edib. Nizami yurdundan Tovuza olan məsafəni avtobusla qət edəcəklər.

Premyer Liqanın 27-ci turu çərçivəsində martın 17-də keçiriləcək “Turan Tovuz” – “Qarabağ” görüşü saat 16:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!