“Kədərdən, qəzəbdən boğuluram, amma “Qarabağ”ı təmsil etdiyim üçün xoşbəxtəm" - FOTO

17 Mart 2024 01:10 Qarabağ 731
“Kədərdən, qəzəbdən boğuluram, amma “Qarabağ”ı təmsil etdiyim üçün xoşbəxtəm" - FOTO

“Qarabağ”ın monteneqrolu yarımmüdafiəçisi Marko Yankoviç Avropa Liqasının 1/8 final mərhələsində “Bayer”ə (2:3) uduzduqları oyun haqqında öz instaqram hesabında paylaşım edib.

Sportinfo.az xəbər verir ki, o, paylaşımda oyun haqqında hislərini bölüşüb.

“Kədərdən, qəzəbdən boğuluram. Amma komandamla fəxr edirəm. “Qarabağ”ı təmsil etdiyim üçün xoşbəxtəm.

Fəxrlə deyə bilərəm ki, buna layiq idik. Ancaq qalib olmasaq da, bu, bizim üçün böyük təcrübə oldu”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti